"Bu, bizim siyasətimizdir" - İran XİN müavini
15:20 Siyasətİran XİN rəsmisi bildirib ki, Tehran qonşu ölkələri hədəf almır və yalnız İrana qarşı istifadə edilən hərbi bazalara zərbə endirir.
Milli.Az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Azərbaycanın "AnewZ" kanalına verdiyi müsahibədə İranın Azərbaycana zərbə endirmədiyini bildirib.
Biz qonşu ölkələri hədəf almırıq. İranın siyasəti yalnız ABŞ və sionist rejimlər də daxil olmaqla, bölgədə fəaliyyət göstərən və İran mülki əhalisinə hücum etmək üçün istifadə edilən düşmənlərin hərbi bazalarına zərbə endirməkdir.
Biz əvvəldən bildirmişik: əgər bölgədə İrana hücum etmək üçün istifadə edilən hər hansı bir hərbi baza varsa, biz onları vuracağıq. Bu, bizim siyasətimizdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31