Azərbaycan hansısa güclərin diktəsi altında hərəkət etmir- ÖZƏL
15:05 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyevin martın 4-də İranın Bakıdakı səfirliyinə gedərək Ayətullah Seyid Əli Xameneinin, mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verməsi Azərbaycanın dövlətçilik ənənəsinə və milli maraqlarına söykənən prinsipial mövqenin ifadəsi idi. Yəni bu, strateji sabitlik hədəfli rəsmi dövlət jestidir. Bu jestin arxasında dayanan məqam ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn və ölkələrin suverenliyinin pozulması, onların daxili işlərinə müdaxilənin yolverilməzliyi ilə bağlı tutduğu mövqeyə həmişə olduğu kimi sadiqdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Cənab İlham Əliyev bununla regionda destabilizasiyanın əleyhinə olduğumuzu, yalnız öz milli maraqlarımıza əsaslanan balanslı siyasət yeridildiyini və yeridiləcəyini bir daha təsdiqlədi. Və göstərdi ki, İrandakı bəzi çevrələrin uzun illərdir fikir formalaşdırmağa çalışdıqları kimi, Azərbaycan hansısa güclərin diktəsi altında hərəkət etməyib, etmir, etməyəcək.
Əminəm ki, vətəndaşlarımız da, İrandakı soydaşlarımız da atılan addımın mahiyyətini düzgün anlayır və dövlətimizin bu prinsipial mövqeyini yüksək qiymətləndirirlər".