“Azərbaycan İrana qarşı heç bir koalisiyaya qoşulmayıb, buna baxmayaraq hücumla üzləşib”-Politoloqdan açıqlama- ÖZƏL
14:10 Siyasət"İranın Naxçıvana pua zərbələri endirməsi faktiki olaraq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan bu günə qədər İrana qarşı heç bir hərbi, iqtisadi və diplomatik təzyiqlərə qoşulmayıb. İrana qarşı heç bir koalisiyalarda yer almayıbdır. Hətta dinc dövrdə belə".
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:

"Yəni bu proseslər olmadığı dövrlərdə belə Azərbaycan İrandan ardıcıl təhdidlərə məruz qalıb. Səfirliyimizə edilən hücum, terror aktı olayından sonra belə münasibətlərin normallaşması istiqamətində rəsmi Bakı loyallıq göstəribdir. Yəni biz hər zaman İrana qarşı konstruktiv mövqeyimizi seçmişik. Xoş qonşuluq və dostluq əlaqələri ilə olmuşuq. İranda etiraz aksiyaları getdiyi bir dönəmdə belə Azərbaycan heç bir halda belə bir imkan olmasına baxmayaraq, heç bir halda Güney Azərbaycanlıların ayaqlanması və yaxud da onların bu və ya başqa formada İrana qarşı çevrilməsi istiqamətində təbliğata qoşulmayıbdır. Azərbaycan İranın ərazi bütövlüyünü dəstəklədiyi kimi, İrana qarşı edilən hücumları da hər zaman pisləyib. Amma buna rəğmən biz bu gün gördük ki, İrandakı mövcud molla rejimi təkcə İranın özü üçün deyil, eyni zamanda region üçün və dünya üçün ciddi şəkildə təhdid yaradır və faktiki olaraq müharibə ilə yaxından-uzaqdan əlaqəsi olmayan və heç bir halda ölkəsində hərbi bazaları olmayan, başqa ölkəyə məxsus hərbi bazası olmayan bir ölkəyə qarşı hücumlar edildi və faktiki olaraq bu, İranın beynəlxalq hüquq prinsiplərini normalarını riayət etməyən təcavüzkar bir ölkə olduğunu və İrandakı rejimin də hər cür belə deyək, yola əl ata biləcəyinin real göstəricisidir. Hesab edirəm ki, Azərbaycan məsələ ilə bağlı adekvat addımlar atacaqdır. İlk növbədə İrana qarşı nota veriləcəkdir. Artıq İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıbdır. Azərbaycan ən sərt şəkildə siyasi və diplomatik İrana qarşı cavabını verəcəkdir. İrandan gələcək bundan sonrakı ehtimal hücumlar və hərbi aktlara qarşı da ordumuz hesab edirəm ki, ayıq və sayıq vəziyyətdədir. İran Azərbaycanı təəssüf ki, başqa ölkələrlə səhv salır. Azərbaycan kiçik olsa da, İrana qarşı gələ biləcək və İrana çox ağır zərbə vura biləcək potensiallı bir ölkədir. İran hər şeydən öncə unutmamalıdır ki, Azərbaycan Qarabağ zəfəri qazanmış bir ölkədir. Yəni real döyüş və qələbə təcrübəsinə malik bir ölkədir. Azərbaycanın yüksək hərbi peşəkarılığı da 44 günlük Vətən müharibəsində öz sözünü dedi. Bundan başqa İran onu unutmamalıdır ki, bugün İranın özündə otuz beş qırx milyona yaxın bir Güney Azərbaycanlı nüfuz mövcuddur və bu vətəndaşlar Bakının bir qolu hər zaman Bakıdadır, yəni İranın bugün özündə İran öz daxilində bugün İran, İranın özündən çox Azərbaycana sadiq olan qüvvələr var. Bu unudulmamalıdır. Hesab edirəm ki, Azərbaycan indiki məqamda hər cür vəziyyətə hazırdır və əgər İranın niyyəti qonşuları ilə düşmən olmaqdırsa və hətta prosesi daha irəli aparmaqdırsa, Azərbaycan buna cavab vermə iqtidarındadır. Ən pik həddə isə, yəni proseslərin motivinin dəyişməsi və daha da gərginləşməsi fonunda Azərbaycan lazım gələrsə, müttəfiqi Türkiyənin ŞUŞA Bəyannaməsinə əsasən ortaq hərəkət də edə bilər. Onu da unutmamaq lazımdır ki, Bakı və Ankaranın bu motivdəki ortaq hərəkəti heç şübhəsiz ki, İrandakı rejiminin və İranın özü üçün ağır nəticələri olacaqdır".
Zeynəb Mustafazadə