Molla rejimi yenə də nankorluq etdi- ÖZƏL

"Azərbaycan qonşuluq siyasətinə hörmətlə yanaşan dövlətdir. Bu istiqamətdə qeyd olunmalıdır ki, Azərbaycan tərəfindən dəfələrlə səsləndirilib ki, regional dövlətlərlə əməkdaşlıq, yürüdülən siyasət bizim üçün prioritetdir. Habelə, beynəlxalq aləmdə hər bir ölkənin imici var."

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycanın imici konkret əməllər, dürüstlük, aydın vizyon üzərində qurulub. Azərbaycan dəfələrlə bəyan etdi ki, öz ərazisindən İrana qarşı hücum məqsədi ilə istifadəyə icazə verməyəcək. Bu istiqamətdə Azərbaycan ABŞ və İsrail üçün hava məkanını bağladı.Bu addımların, yanaşmanın əksinə olaraq, biz İranın molla rejimindən riyakarlıq, nankorluq gördük. İranın imici budur. Bu gün Naxçıvan ərazisində mülki obyektin, mülki vətəndaşların istifadə etdiyi hava limanının hədəf götürülməsi molla rejiminin nankorluğudur. Bu, həm də ondan xəbər verir ki, İran öz siyasətində, əməllərində terrora əl atır.
Mülki infrastrukturu, dinc sakinləri hədəf götürmək terror kimi qiymətləndirilməlidir. Bu, həm də acizlik və qorxaqlıqdır. Azərbaycan Prezidenti isə dövlət etikası nümayiş etdirərək İranın Ali Liderinin öldürülməsi ilə bağlı başsağlığı verdi, İranın Azərbaycandakı səfirliyinə getdi. Azərbaycan heç bir ölkə üçün təhlükə mənbəyi olmayıb, eləcə də İran üçün. Bizim İrana sərglədiyimiz münasibət hər zaman bir cür olub, İranın bizə qarşı münasibəti isə tamamilə başqa cür olub. Molla rejimi yenə də nankorluq, riyakarlıq göstərdi."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31