Diplomatik mədəniyyət və humanizm prinsipi- ÖZƏL
13:18 Siyasət"İranın ali dini rəhbəri ayətullahın faciəli şəkildə həlak olması regionda və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurdu. Belə mürəkkəb və həssas bir dövrdə dövlətlərin nümayiş etdirdiyi mövqe yalnız siyasi münasibətləri deyil, həm də diplomatik mədəniyyəti və humanitar dəyərlərə münasibəti əks etdirir". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim, professor Zahid Məmmədov deyib: "Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İran xalqına ünvanlanan başsağlığı mesajı yalnız diplomatik protokol çərçivəsində verilmiş bir mesaj deyil, həm də regionda qarşılıqlı hörmət, humanizm və siyasi məsuliyyət prinsipinin təzahürü kimi qəbul edilməkdədir. Qlobal siyasətdə belə humanist jestlər dövlətlər arasında etimad mühitinin qorunmasına xidmət edir. Bu baxımdan Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq münasibətlərdə etik dəyərlərin hələ də mühüm rol oynadığını göstərən nümunələrdən biri kimi qiymətləndirilə bilər".