Yeni dünya nizamı üçün şəhərlər, ölkələr xarabazara çevrilir- ÖZƏL
11:08 Siyasət"Yeni dünya nizamı hər dəfə olduğu kimi mərmilər, raketlər, cəsədlər, məzarlarla qurulur. Yenisini qurmaq üçün şəhərlər, ölkələr, regionlar xarabazara çevrilir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib: "Bu nə hikmətdirsə, hələ tam anlaya bilməmişik. Ötən əsrdə iki dağıdıcı dünya müharibəsindən sonra bəşər övladı daha birini başlamaq üzrədi. Hətta başlayıb, görünür bəşər övladının təməl proqramında olan bu vəhşilik, dağıdıcılığı maarif, biliklə dəyişə bilmirik. Hər dəfə daha böyük və dağıdıcı müharibədən sonra, daha bir müharibə başlayır. Bəşər övladı 100 il böyük müharibəsiz yaşaya bilmir. Son qənaətim budur ki, gərək Sən hücuma hər zaman hazır olasan ki, qurban olmayasan..."
\
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31