Səddam İraqı və Əsəd Suriyası Tehran üçün dərs olmalı idi- ÖZƏL
10:44 Siyasət
"SEPAH İranı xaosa aparır. İranın hərbi -siyasi elitası "gözü çıxmış qardaşından" dərs götürmədi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " Səddam İraqı və Əsəd Suriyası Tehran üçün dərs olmalı idi. ABŞ hərbi potensialını və dağıdıcı siyasətin təhlil edə bilmirlər, yaxud özləri həqiqətən eyforiyada olub qalib olacaqlarını sanırlar. İranın xarici siyasəti qonşularına və beynəlxalq birliyə daima ziddi idi.
Hazırda İran ağır şəkildə bombardman edilir. SEPAH döyüşəcəyik deyir. Kürdlər isə, yenə də alət olurlar. Uzun illər Türkiyə qarşı PKK terror təşkilatı vasitəsilə mənasız döyüşə cəlb olundular və istifadə müddəti bitdi. Suriyada YPG adı altında ABŞ əlaltıları oldu. İndi isə, İrana qarşı istifadə edilməsi planlaşdırılır.
İranda kürdlər silahlı terrora əl atsalar tam fiaskoya uğrayacaqlar. Onların İranda yaşaması sual altında olacaq".