Deputatımız Komitə sədrinin müavini seçilib- ÖZƏL
10:36 SiyasətQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Sosial və Humanitar Siyasət Komitəsinin 66-cı iclası Albaniyanın paytaxtı Tirana şəhərində başa çatıb. Tədbirdə Azərbaycan nümayəndə heyəti olaraq Milli Məclisin deputatı Musa Quliyev və Səbinə Salmanova ilə iştirak ediblər. "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Komitə iclasında "Qara dəniz bölgəsində mədəni diplomatiya və əməkdaşlığın gücləndirilməsi" mövzusunda məruzə müzakirə olndu və tövsiyyə qərarı qəbul edildi:
"Əhalisinin yarıdan çoxu müsəlman olan bu Avropa ölkəsində Azərbaycanı dost dövlət kimi tanıyırlar və hörmət edirlər. Bu iclasda 4 il davam edən Komitə sədrliyimin müddəti başa çatdı. Komitəyə 2 il müddətində Yunanıstan nünayəndəsi başçılıq edəcəkdir. Eyni zamanda, Komitənin sədr müavini vəzifəsinə Azərbaycan nümayəndə heyətinin üzvü Səbinə xanım Salmanova seçildi. Deputat həmkarımızı ürəkdən təbrik edirəm və uğurlar arzulayıram".