Hakan Fidan Əraqçiyə xəbərdarlıq ETDİ
16:45 SiyasətHatayda raket parçalarının düşdüyü hadisədən sonra Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarına zəng edib.
Məlumata görə, Hakan Fidan Türkiyə hava məkanında zərərsizləşdirilmiş ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını İranın xarici işlər naziri Abbas Əraqçiyə çatdırıb və münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin lazım olduğunu bildirib.
Qeyd edək ki, İrandan atılan raket Türkiyənin hava məkanında zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31