Fərid Bağırzadə nazir təyin edildi
15:36 SiyasətNaxçıvanda nazir təyinatı olub.
APA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul edilib.
Qərara əsasən, Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub.
Qeyd edək ki, bu vəzifəyədək F.Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edirdi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31