Enerji sahəsi Azərbaycanın beynəlxalq nüfuzunun əsas dayaqlarından biridir- ÖZƏL

"Azərbaycan son illərdə qlobal iqtisadi və siyasi proseslərin fəal iştirakçısına çevrilərək beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirib. Xüsusilə Prezident İlham Əliyevin müxtəlif ölkələrə səfərləri və xarici dövlət başçılarının Bakıya gəlişi ölkəmizin diplomatik fəallığının göstəricisidir. Bu qarşılıqlı təmaslar Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq imkanlarını genişləndirir. Artıq ölkəmiz regionun deyil, bütövlükdə Avropanın strateji tərəfdaşı kimi qəbul edilir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev deyib: "Enerji sahəsi Azərbaycanın beynəlxalq nüfuzunun əsas dayaqlarından biridir. Xüsusilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü toplantısı enerji təhlükəsizliyinin yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Bu tədbirlər dəyişən dünya nizamında enerji təhlükəsizliyinin milli təhlükəsizlik qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Bakı artıq enerji məsələlərinin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib.
Cənub Qaz Dəhlizi layihəsi Avrasiyanın ən iri infrastruktur təşəbbüslərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Uzunluğu 3500 kilometrə çatan bu boru kəməri sistemi Azərbaycan qazını Avropaya çatdırmaqla enerji xəritəsini dəyişib. İlkin mərhələdə 12 ölkəni əhatə edən ixrac marşrutu bu gün 16 ölkəyə qədər genişlənib. Bu isə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
İxrac coğrafiyasının genişlənməsi ölkənin iqtisadi dayanıqlığını artırır. Almaniya və Avstriya kimi böyük iqtisadiyyatların Azərbaycan qazını idxal etməsi Avropa bazarında etimadın göstəricisidir. Bununla yanaşı, Suriyaya qaz tədarükünün başlanması yeni bazarların fəth edilməsinin nümunəsidir. Şaxələndirmə siyasəti həm gəlirlərin sabitliyini təmin edir, həm də geosiyasi riskləri azaldır.
Eyni zamanda Azərbaycan yaşıl enerji istiqamətində də ciddi addımlar atır. Xəzər dənizinin külək potensialı və azad edilmiş ərazilərin günəş enerjisi imkanları ölkəmizi gələcəyin enerji mərkəzinə çevirir. Prezident İlham Əliyevin strateji baxışı nəticəsində Azərbaycan təkcə ənənəvi enerji ixracatçısı deyil, həm də yaşıl enerji təchizatçısı kimi formalaşır. Bu siyasət gələcək nəsillər üçün dayanıqlı inkişaf modelinin əsasını qoyur"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31