Zaxarova: Fransanın Rusiya ilə dialoq siqnalları dəyərsizdi ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi ki, Fransanın ATƏT-də Rusiya ilə dialoq barədə siqnalları heç bir əhəmiyyət daşımır.
Olaylar.az xəbər verir ki, o qeyd edib ki, 25 fevralda ATƏT-in Təhlükəsizlik və Əməkdaşlıq Forumunun və Daimi Şurasının iclasında Rusiya nümayəndə heyəti geniş çıxış etmiş və iki mövzu üzrə hesabat təqdim etmişdir. Lakin Fransanın sədrlik etdiyi forum nümayəndələri prosedurları pozaraq Rusiya və Belarus nümayəndələrini danışmaqdan məhrum edib, onları yalnız ingilis dilində danışmağa məcbur edib.
Zaxarova bunu "Fransanın dialoqa maraq göstərdiyi barədə verdiyi siqnalların dəyərsiz olduğunun bariz nümunəsi" adlandırıb və İsveçrə sədrlərinin susqun mövqeyini tənqid edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31