İran səfiri: “Rusiya, Çin və Hindistan olmasaydı, ABŞ çoxdan Üçüncü Dünya Müharibəsini başladardı”- ÖZƏL
12:35 SiyasətABŞ uzun müddət əvvəl Üçüncü Dünya Müharibəsini başlada bilərdi, əgər Rusiya, Çin və Hindistan kimi böyük dövlətlər mövcud olmasaydı. Olaylar.az xəbər verir ki, bu fikirləri İranın Özbəkistandakı səfiri Məhəmməd Əli İskəndəri jurnalistlərə açıqlamasında səsləndirib.
Diplomat bildirib ki, Vaşinqton İrandan sonra digər iri dövlətləri də öz təsiri altına almağa hazırlaşır. Onun sözlərinə görə, əgər Rusiya, Çin və Hindistan kimi güclü ölkələr olmasaydı, ABŞ artıq qlobal müharibəyə start vermiş olardı.
"İrandan sonra ABŞ dünyanın digər böyük ölkələrini də özünə tabe etdirməyə hazırlaşır. Əgər Rusiya, Çin və Hindistan olmasaydı, ABŞ çoxdan Üçüncü Dünya Müharibəsini başlatmışdı", - deyə səfir vurğulayıb.
Səfirin bu açıqlaması beynəlxalq münasibətlərdə artan gərginlik fonunda diqqət çəkib.