İranda Azərbaycan vətəndaşlarından xəsarət alan var? - AÇIQLAMA
10:13 Siyasətİranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib.
Azərbaycan XİN-in martın 1-də açıqladığı məlumatına əsasən döyüş olan bölgədə yalnız bir nəfər Azərbaycan vətəndaşı xəsarət alıb, vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31