ABŞ Ədliyyə Nazirliyi Rodrigezə qarşı ittiham irəli sürəcək?
09:29 SiyasətABŞ administrasiyası Venesuela prezidenti vəzaifəsini icra edən Delsi Rodrigezi korrupsiya və çirkli pulların yuyulması ilə ittiham etmək niyyətində deyil.
Musavat.com xəbər verir ki, bu açıqlamanı ABŞ baş prokuroru, ədliyyə nazirinin birinci müavini Todd Blanş "X"də yayıb.
O, "Reuters"in ABŞ administrasiyasının Rodrigezə qarşı ittihamlar hazırladığı iddia edilən xəbərini "tamamilə yalan" adlandırıb:
"Mən belə saxta xəbərlərin necə dərc olunduğunu başa düşmürəm".
Xatırladaq ki, "Reuters" mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ administrasiyası Karakasa təzyiqi artırmaq üçün Venesuela prezidentinə qarşı ittihamnamə hazırlayır.
Agentliyin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Rodrigesə qarşı "mümkün korrupsiya və çirkli pulların yuyulması ittihamları hazırlayıb" və ona Donald Tramp administrasiyasının tələblərinə "riayət etməyə davam etməsə, məhkəməyə verilmə riski" olduğunu çatdırıb.