İranın yeni ali lideri kimdir? – Xamenei onu belə yetişdiribmiş…

Xəbər verdiyimiz kimi, İran Ekspertlər Şurası Əli Xameneinin oğlu Müctəba Xameneini yeni Ali Rəhbər seçib.

Globalinfo.az Müctəba Xameneinin oğlunun dosyesini təqdim edir.

Müctəba Xamenei İranın dini və siyasi elitasında tez-tez adı çəkilən fiqurlardan biridir. 1969-cu ildə Məşhəd şəhərində anadan olan Müctəba Xamenei Əli Xamenei nin oğludur və ölkənin siyasi sistemində "kölgə təsirə malik siyasətçi" kimi xarakterizə edilir.

Müctəba Xamenei dini təhsilini Qum şəhərində yerləşən dini mərkəzlərdə alıb və gənclik illərində İslam İnqilabı Keşikçiləri Korpusu sıralarında hərbi xidmət keçib. Onun İran-İraq müharibəsi dövründə hərbi təcrübə qazandığı bildirilir.

2000-ci illərdən etibarən onun siyasi nüfuzu daha çox təhlükəsizlik və dini dairələrdə hiss olunmağa başlayıb. Xüsusilə 2009-cu il prezident seçkilərindən sonra ölkədə baş verən etirazların yatırılması prosesində təsir dairəsinin olduğu iddiaları beynəlxalq mediada geniş yer alıb.

Son illərdə Müctəba Xameneinin İranın ali dini lideri postuna potensial namizəd kimi adı hallanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31