Bu səlahiyyət Nazirlər Kabinetindən alınacaq
12:56 SiyasətSilahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alınacaq.
Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir.
Qanun layihəsində bu səlahiyyətin Nazirlər Kabinetindən alınması təklif edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31