Ombudsmanın hesabatı Milli Məclisdə təsdiq olunub

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi təsdiq edilib. "Olaylar" xəbər verir ki, Milli Məclisin bugünkü iclasında İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva 2025-ci il üzrə məruzəni təqdim edib.

Qeyd edək ki, Ombudsmanın Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2025-ci il üzrə məruzəsi fevralın 24-də Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31