Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti Kipr Aydın Universitetinin tələbələri ilə görüşüb- ÖZƏL
11:00 SiyasətŞimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Türk Dünyası Arabulucular Birliği nümayəndələri Kipr Aydın Universitetinin Hüquq fakültəsi tələbələrinin fəal iştirakı ilə "Universitetli Gənclərlə Görüş və Mediasiya Söyləşisi" adlı tədbir keçirilib. Müdiasiya Şurasından "Olaylar"a bildirilib ki, qonaqları Kipr Aydın Universitetinin rektoru Yadigar İzmirli qarşılayıb.
Türk Dünyası Mediatorlar Birliyi ilə əməkdaşlıq çərçivəsində baş tutan görüşün əsas məqsədi gənclərin mediasiya sahəsində biliklərinin artırılması və beynəlxalq təcrübə ilə tanışlığının təmin edilməsi olub.
Tədbir zamanı çıxış edən Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova gənclərin peşəkar inkişafında mediasiya biliklərinin önəmini vurğulamış, hüquq tələbələrinin bu sahəyə erkən mərhələdə yönləndirilməsinin gələcəkdə peşəkar mediatorların formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.
Tədbirdə sahə üzrə ixtisaslaşmış mütəxəssislər mediasiyanın hüquq sistemində rolu, alternativ mübahisə həll mexanizmlərinin əhəmiyyəti və müxtəlif ölkələrin təcrübəsi barədə çıxış edib, tələbələrin suallarını cavablandırıblar.