Azərbaycan Vətən müharibəsində Ordumuzun peşəkarlığını bütün dünyaya nümayiş etdirdi- ÖZƏL

"Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq." Bu fikir təkcə bir siyasi bəyanat deyil, bütöv bir xalqın taleyinə yazılmış Zəfər hökmüdür. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xocalı sakinləri ilə görüşü zamanı səsləndirdiyi tarixi həqiqətin ifadəsidir". "Olaylar" xəbər verir ki. bunu YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deyib: "2020-ci ilin payızında başlanan Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, dövlətimizin gücünü və Ordumuzun peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. 27 sentyabrdan 10 noyabra qədər davam edən 44 günlük şanlı yürüş işğala son qoydu. Düşmən illərlə qurduğu istehkamların, səngərlərin, mifə çevirməyə çalışdığı "keçilməz müdafiə xətti"nin bir neçə həftə içində darmadağın olduğunu gördü.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı azad edildi. Hadrut düşməndən təmizləndi. Və nəhayət, Azərbaycan mədəniyyətinin tacı olan Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. Şuşa əməliyyatı hərb tariximizə qızıl hərflərlə yazıldı. Bu Qələbə düşmənin müqavimət iradəsini qırdı.10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat faktiki kapitulyasiya aktı idi. Ermənistan rəhbərliyi məğlubiyyətini etiraf etməyə məcbur oldu. Azərbaycan döyüş meydanında əldə etdiyi üstünlüyü siyasi sənədlə təsdiqlədi. Müharibə qalib dövlətin şərtləri ilə dayandırıldı.

Bu, təsadüfi uğur deyildi. Bu Zəfərin təməlində uzun illər aparılan məqsədyönlü dövlət siyasəti, güclü ordu quruculuğu və milli həmrəylik dayanırdı. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik kursu məhz bu günlər üçün strateji zəmin yaratmışdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31