Mirzoyan Əraqçiyə zəng etdi: “Yardıma hazırıq”

İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ABŞ və İsraillə genişmiqyaslı müharibə şəraitində olduğunu deyib.

O, İranın öldürülən liderlərinin qisasının alınacağını vurğulayıb.

Mirzoyan İranın Ali Rəhbəri Seyid Əli Xameneinin, eləcə də bir sıra İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

O, eyni zamanda Ermənistanın zəruri olan hər cür humanitar yardımı göstərməyə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31