İran XİN başçısı: ABŞ-nin hərbi uğursuzluqlarından dərs çıxarmışıq – ÖZƏL
12:17 SiyasətOlaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Tehran son iki onillikdə ABŞ hərbçilərinin həm şərqdə, həm də qərbdə yaşadığı məğlubiyyətləri diqqətlə təhlil edib.
Nazir qeyd edib ki, İran bu prosesdən "müvafiq dərslər çıxarıb". Onun sözlərinə görə, paytaxt Tehranın bombalanması ölkənin müharibə aparmaq qabiliyyətinə təsir göstərmir.
Əraqçi vurğulayıb ki, "Mozaik müdafiə" adlandırılan mərkəzləşdirilməmiş müdafiə sistemi İrana müharibənin nə vaxt və necə başa çatacağına dair qərar vermək imkanı yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31