"Avrotroyka"dan İrana sərt xəbərdarlıq: "Hərbi tədbirlər görülə bilər" – ÖZƏL

Almaniya, Fransa və Böyük Britaniya (Avrotroyka) İrana qarşı birgə bəyanat yayaraq, bölgədəki müttəfiqlərini qorumaq üçün qətiyyətli addımlar atacaqlarını bildiriblər.    

Olaylar.az xəbər verir ki, "DW"nin məlumatına görə, bəyanatda Tehranın "düşüncəsiz hücumlarını" dərhal dayandırması tələb olunur.

Berlin, Paris və London bəyan ediblər ki, İranın hərəkətlərinə cavab olaraq "hərbi müdafiə tədbirləri" tətbiq edilə bilər. Hər üç ölkə bu məsələdə ABŞ ilə sıx koordinasiyalı şəkildə fəaliyyət göstərmək barədə razılığa gəliblər.

"CNN"in Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Typhoon" qırıcısı Qətər yaxınlığında İrana məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Əməliyyat zamanı "hava-hava" tipli raketdən istifadə edildiyi bildirilir.

İranın Fransanın Əbu-Dabidəki hərbi qərargahına zərbə endirməsindən sonra rəsmi Paris dərhal hərəkətə keçib. Fransanın "Charles de Gaulle" aviadaşıyıcısının rəhbərlik etdiyi hərbi-dəniz qrupu Baltik dənizindəki missiyasını yarımçıq qoyaraq Şərqi Aralıq dənizinə doğru istiqamət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31