Politoloq: İran-İsrail qarşıdurması uzansa, regionda qaçqın axını arta bilər – ÖZƏL

Gürcü politoloq Vaxtanq Dzabiradze bildirib ki, İran və İsrail arasında hərbi əməliyyatlar uzanacağı təqdirdə, Gürcüstan kifayət qədər böyük qaçqın axını ilə üzləşə bilər.

Olaylar.az xəbər verir ki, o, "İnterpressNews"a açıqlamasında qeyd edib ki, Gürcüstan hakimiyyəti mümkün riskləri nəzərə alaraq indidən həll yolları üzərində düşünməlidir. Politoloqun sözlərinə görə, İranda vəziyyət ağırdır və prosesə yalnız ABŞ və İsrail deyil, ərəb dünyası da bu və ya digər formada cəlb olunub.

Dzabiradze hesab edir ki, əməliyyatın yaxın iki həftə ərzində başa çatması real görünmür. Onun fikrincə, hərbi zərbələr davam edərsə, ilk növbədə region ölkələri, o cümlədən Gürcüstan təhlükəsizlik və miqrasiya baxımından ciddi problemlərlə qarşılaşa bilər.

Politoloq əlavə edib ki, münaqişənin nəticələri təkcə Yaxın Şərqə deyil, qlobal siyasətə, o cümlədən Ukraynadakı proseslərə də təsir göstərə bilər. Onun qənaətincə, müharibədən sonrakı mərhələ region üçün ən azı hərbi əməliyyatların özü qədər mürəkkəb olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31