İranın hücumundan sonra Yaxın Şərqin ən böyük limanı BAĞLANIR
20:30 SiyasətBƏƏ-nin "DP World" şirkəti Cəbəl Əli limanında idarə etdiyi bütün terminallarda əməliyyatları müvəqqəti olaraq dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin müştərilərə göndərdiyi məktubda bildirilir.
Liman İran tərəfindən vurulub və nəticədə böyük yanğın baş verib.
Qeyd edək ki, Cəbəl Əli Yaxın Şərqin ən böyük konteyner limanı və dünyanın aparıcı logistika mərkəzlərindən biridir.
Qlobal konteyner daşımaları bazarının lideri olan İsveçrədə yerləşən Aralıq dənizi Gəmiçilik Şirkəti (MSC) də növbəti xəbərdarlığa qədər regionda yük daşımaları sifarişlərinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb. MSC vəziyyəti izləyəcəyinə və təhlükəsiz olan kimi liman əməliyyatlarını bərpa edəcəyinə söz verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31