Netanyahu İranla bağlı dəhşətli ssenarini açıqladı
20:15 Siyasətİsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi əməliyyatları ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Netanyahu bildirib ki, İsrail qüvvələri hazırda Tehranın mərkəzinə getdikcə daha intensiv zərbələr endirir və bu hücumlar yaxın günlərdə güclənəcək.
Baş nazir qeyd edib ki, İsrail mövcudluğunu və gələcəyini təmin etmək üçün bütün imkanlarından əvvəlkindən daha geniş şəkildə istifadə edir.
Onun sözlərinə görə, ölkə hazırda genişmiqyaslı hərbi kampaniya aparır.
Netanyahu həmçinin ABŞ ilə birgə səylərin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu əməkdaşlıq İsrailə uzun illərdir qarşıya qoyduğu hədəflərə çatmaq imkanı yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31