Xamenei ilə əlaqə kəsildi: Ölüb, yoxsa yaralanıb?

İranın ali rəhbəri Ayətullah Əli Xamenei ilə əlaqə kəsilib.

Globalinfo.az xəbər verir ki, bu barədə "The Jerusalim Post" məlumat yayıb.

Nəşr iddia edir ki, İsrailin birbaşa hücumları nəticəsində Xameneinin öldüyü, ya da xəsarət aldığı güman olunur.

Məlumata görə, günorta saatlarından etibarən ali rəhbərlə əlaqə saxlamaq mümkün olmur, onun taleyi məlum deyil.

İsrail rəsmilərinin ilkin təxminlərinə görə, Ayətullah xəsarət alıb.

Maraqlıdır ki, İran rəsmiləri ali rəhbərin olduğu binaya hücumdan sonra Xameneinin xalqa müraciət etdiyini, onun səs yazısının yaxın saatlarda yayılmanacağını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31