SEPAH generalından HƏDƏ: "Heç vaxt görmədiyiniz silahları tezliklə nümayiş etdirəcəyik"

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi ölkənin hərbi arsenalı ilə bağlı iddialı bəyanatla çıxış edib.

Musavat.com-un məlumatına görə general bildirib ki, İran indiyədək öz raket potensialının yalnız kiçik bir hissəsindən istifadə edib və bunlar əsasən "arxa cəbhə ehtiyatları" hesab olunur:

"Tezliklə sizə hələ heç vaxt görmədiyiniz silahlarımızı nümayiş etdirəcəyik".

Bu kəskin bəyanat fonunda maraqlı bir hadisə baş verib. İsrail mediası və beynəlxalq izləmə sistemləri Baş nazir Benyamin Netanyahunun təyyarəsinin Tel-Əvivdən uçaraq naməlum istiqamətə yola düşdüyü barədə məlumatlar yayıb.

Təyyarənin hərəkəti İranın yeni silah hədəsi ilə eyni vaxta təsadüf etdiyi üçün regionda gərginlik daha da artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31