İrana hücum edilir: XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
12:09 SiyasətAzərbaycanın Xarici işlər İşlər Nazirliyi İrandada təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
Bununla bağlı XİN X hesabında paylaşım edib.
Qeyd olunub ki, vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
+98 905 523 01 07
+98 901 884 55 31
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
+98 901 414 31 57
+98 935 317 21 01