Peskov: Rusiya Əfqanıstan–Pakistan sərhədində toqquşmaların tezliklə dayanacağına ümid edir – ÖZƏL
18:14 SiyasətRusiya Əfqanıstan-Pakistan sərhədində baş verən birbaşa silahlı toqquşmaların yaxın vaxtlarda dayandırılacağına ümid edir.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Kremlin administrasiyası Əfqanıstan-Pakistan sərhədində vəziyyətin inkişafını diqqətlə izləyir.
Peskov həmçinin bildirib ki, Pakistanın baş naziri Şahbaz Şəriflə təmaslar hazırlanır. Görüşün tarixi ilə bağlı məlumatın daha sonra açıqlanacağı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31