Dmitri Peskov: “Türk axını” və “Mavi axın”la bağlı məlumatlar Türkiyəyə çatdırılıb – ÖZƏL
17:29 SiyasətOlaylar.az xəbər verir ki, Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Kiyevin "Türk axını" və "Mavi axın" qaz kəmərlərində mümkün diversiya hazırlığı ilə bağlı məlumatlar Türkiyə tərəfinə dəfələrlə təqdim olunub.
Onun sözlərinə görə, bu məlumatlar rəsmi Ankara ilə mütəmadi şəkildə bölüşülüb.
Qeyd edək ki, çərşənbə axşamı Vladimir Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxışı zamanı "Türk axını" və "Mavi axın" qaz kəmərlərində mümkün diversiya planları barədə məlumatların daxil olduğunu açıqlayıb.
Peskov jurnalistlərin bununla bağlı sualını cavablandırarkən deyib: "Bu məlumatlar tərəfimizdən Türkiyəli həmkarlarımıza dəfələrlə çatdırılıb."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31