İsveçdən kritik nüvə bəyanatı: Müharibə şəraitində istisna edilmir – ÖZƏL
14:59 Siyasətİsveç müdafiə naziri Pol Yonson ölkəsinin təhlükəsizlik siyasəti ilə bağlı mühüm açıqlama verib. Nazir bildirib ki, müharibə dövründə İsveç ərazisində nüvə silahının yerləşdirilməsi ehtimalı istisna olunmur. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin ictimai yayımçısı SVT məlumat yayıb.
Nazir Yonson qeyd edib ki, müharibə başlayacağı təqdirdə İsveçin sağ qalmasını və təhlükəsizliyini təmin edə biləcək bütün imkanlardan istifadə ediləcək.
"Müharibə şəraitində İsveç torpaqlarında nüvə silahının olmasını istisna etmək olmaz", - deyə o vurğulayıb.
2024-cü ildə NATO-ya üzv olmazdan əvvəl Stokholm sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcəyini bəyan etmişdi. SVT-nin qeyd etdiyi kimi, sülh dövrü üçün qadağalar olsa da, hazırda nüvə silahının müharibə zamanı tətbiqini və ya yerləşdirilməsini qadağan edən konkret bir saziş mövcud deyil.