Pakistan-Əfqanıstan müharibəsində ŞOK DETAL
14:25 SiyasətPakistan və Əfqanıstan arasında Durand xətti boyunca baş verən qarşılıqlı hücumlar bölgədə gərginliyi kəskin şəkildə artırıb. Pakistan Müdafiə Nazirliyi hadisələrdən sonra Əfqanıstana qarşı müharibə elan edildiyini açıqlayıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, münaqişə ilə bağlı açıqlama verən ehtiyatda olan hava general-leytenantı Erdoğan Karakuş diqqətçəkən iddialar səsləndirib.
Onun sözlərinə görə, qarşıdurmanın arxasında yalnız iki ölkə arasındakı problemlər deyil, böyük regional güclərin maraqları dayanır.
Ekspert hesab edir ki, bölgədə əsas mübarizə Çinin təsir imkanlarını məhdudlaşdırmaq üzərində qurulub. Karakuş Hindistanın Əfqanıstandakı təsirinin artdığını bildirərək Qərb ölkələri və İsrailin də proseslərdə maraqlı ola biləcəyini iddia edib. Onun fikrincə, məqsədlərdən biri strateji əhəmiyyətə malik Belucistan bölgəsi üzərindən Hörmüz boğazına nəzarəti gücləndirmək və dünya enerji ticarətinə təsir imkanlarını artırmaqdır.
Analitik həmçinin qeyd edib ki, Əfqanıstanın güclü hava qüvvələrinin olmaması Pakistan qarşısında hərbi üstünlüyü çətinləşdirir. Pakistanın nüvə və hava gücünə malik olması isə münaqişənin balansını dəyişən əsas faktor kimi göstərilir.
Mütəxəssis bölgədəki gərginliyin böyük miqrasiya dalğası yaratmasının gözlənilmədiyini, lakin qarşıdurmanın beynəlxalq güclər arasında yeni geosiyasi rəqabəti daha da artırdığını vurğulayıb.