Bu abidə təkcə daşdan və memarlıqdan ibarət deyil- ÖZƏL

"Bu gün azad Xocalıda ucalan bu abidə təkcə daşdan və memarlıqdan ibarət deyil-bu, bir xalqın yaddaşı, ağrısı və eyni zamanda qürurudur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Burada hər daş, hər səssizlik itirilmiş həyatların səsini xatırladır. İllərlə ürəyimizdə daşıdığımız kədər indi azad torpaqda xatirəyə və ədalətə çevrilib. 
Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz bu torpaqları əbədi olaraq azadlığa qovuşdurdu.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, bir daha deyirik: Xocalı yaşayır, Xocalı unudulmur, Xocalı inkişaf edir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31