Ata-baba yurdlarımıza qayıtmaq soydaşlarımızın tarixi haqqıdır - İcma sədri
12:58 SiyasətHədəfimiz, əsas məqsədimiz atababa yurdlarımıza qayıtmaqdır. Bu, soydaşlarımızın tarixi haqqıdır.
Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Bakıdakı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün artıq işğaldan azad olunmuş suveren ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır:
"Xocalı bu gün yenidən abadlaşdırılır. Qarabağda ermənilər tərəfindən yerlə-yeksan edilmiş kəndlərimiz bərpa olunur və məcburi köçkünlərimiz 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda da bizim ata-baba mülklərimiz, torpaqlarımız var və Qərbi Azərbaycan qaçqınları da bir gün öz doğma yurdlarına qayıdacaqlar. Biz buna əminik". Trend.az