İranda “məxməri çevriliş”?- “Hərəkatın ikinci dalğası hər şeyi dəyişəcək”- ÖZƏL
12:46 SiyasətABŞ-nin nüfuzlu "The New York Times" nəşri İran hakimiyyətində reallaşmaqda olan məxməri keçidlə bağlı maraqlı məlumat yayıb. Məlumat İranın yüksək vəzifəli rəsmilərinə və SEPAH yetkililəırinə istinadən yayılıb. Qeyd olunur ki, ABŞ-ın mümkün hücumu və daxildə baş verəcək iğtişaşlar zamanı silahlı qüvvələrə əmr vermək səlahiyyyəti də Laricanidə olacaq. Maraqlıdır, bu Konstitusiya pozuntusu deyilmi? Ana Yasaya görə, ölkənin legitim prezidenti var. Hazırda bu postu azərbaycanlı Məsud Pezeşkian tutur. Bundan başqa mövcud qaydalara əsasən İran rəhbərini 89 nəfərlik Xubrəqan Məclisi seçir. Əli Xamneyi vəfat edərsə və ya vəzifəsini icra edə bilməzsə, məclis yeni rəhbər seçməlidir. Ekspertlər bu məsələdə diqqəti Məsud Pezeşkianın kölgədə saxlanmasına çəkirlər. Belə çıxır ki, Əli Xamneyi azərbaycanlı prezidentə güvənmir və ona müvəqqəti fiqur kimi baxır. İranda vilayəti fəqih ləvğ edilsə, sekulyar dövlət yaransa dövlətin başçısı Əli Laricani nəzərdən keçirilir. Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli bildirib ki, baş verənlərə əslində müsbət yöndən baxmaq lazımdır: "Əvvəla, Əli Xamneyi özünə bu şəkildə varis seçə bilməz. Əli Laricani onun adından danışıqlarda iştirak edə bilər. Amma fors-major vəziyyətdə Qərb ölkələri legitim prezidentlə danışıqlara razı olacaq, dini liderin təyin etdiyi adamla yox. İranda vilayəti fəqih rejiminin ömrü uzansa Məclisi Xubrəqan Xamneyidən sonra yeni rəhbər seçəcək. Amma ruhani olmayan Əli Laricani bu postu tuta bilməz. Xamneyinin səlahiyyətlərinin bir qismini Əli Laricaniyə verməsi Məsud Pezeşkianın kənarda qoyulması kimi görünə bilər. Lakin burada diqqətdən kənarda qalan bir məsələ var: Xamneyi bu gedişlə əslində Məsud Pezeşkianı qorumuş oldu. Düzdür, bunu azərbaycanlı prezidenti sevərək etmədi. Amma nəticə budur. Qərb, sivil dünya yanvar ayında baş vermiş etiraz aksiyalarında xalqa divan tutmuş Əli Xamneyi rejiminə nifrət edir. Qərbin, sivil dünyanın Xamneyinin seçdiyi "varis"ə də münasibəti eynidir. Görünür Əli Laricani yanvar iğtişaşlarında 10 minlərlə insanın qətlə yetirlməsi prosesinə rəhbərlik edib. Xalqın yox, mürtəce qüvvələrin-mühafizəkarların mövqeyini müdafiə edib. Belə bir əliqanlı adamın hakimiyyətdə önə çıxması, uzun müddət duruş gətirməsi mümkün olmayacaq. Əksinə, bu prosesdən Məsud Pezeşkian karlı çıxdı. O, İranın legitim prezidentidir. Fors-major vəziyyədə, yəni vilayəti fəqih devrilərsə legitim prezident və parlament var. Dövləti onlar yönəldəcək".
Ekspertin sözlərinə görə, Xamneyinin səlahiyyətlərinin bir qismini Əli Laricaniyə verməsi ikincinin xeyrinə deyil: "Çünki ABŞ və İsrail İrana qarşı hava əməliyyatlarına başlasa, yaydakı kimi yenə konkret şəxsləri hədəfə alacaq. Xamneyi bunkerdə olduğuna görə açıq hədəfə Əli Laricani gələcək".
E.Cəfərli deyib ki, İranın gələcəıyini molla rejimi təyin edə bilməz: "Son sözü xalq deyəcək. Hazırda dövlətin başında xalqın seçdiyi prezident var. Konstitusiyanı pozmadığı, xalqa qarşı cinayət etmədiyi dövrdə Məsud Pezeşkian görəvdən alına bilməz. Molla rejimi əleyhinə yanvarda başlanmış hərəkat hələ bitməyib. Hərəkatın ikinci dalğasında Xamneyi rejimi tamamilə nüfuzdan düşəcək. Xamneyi də, onun təyin etdiyi adamlar da gizlənməyə yer axtaracaqlar. İranda məxməri keçidin real fiqurları o zaman üzə çıxacaq"
İBRAHİM MƏMMƏDLİ