Azərbaycan Ermənistandakı sammitdə iştirak etməyəcək
10:34 SiyasətErmənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur.
Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"Prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb", - nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31