AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir
10:32 SiyasətOktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə səsləndirilən məsələyə əsasən, Azərbaycana məxsus təyyarənin Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş vermiş hadisəsi ilə bağlı bütün zəruri tədbirlər görülməlidir.
Bunu Xarici İşlər Naziri Ceyhun Bayramaov Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Bakıdakı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi tamamilə qətiyyətli və birmənalıdır:
"Hadisəyə obyektiv və ümumi hüquqi-siyasi qiymət verilməli, həmçinin müvafiq kompensasiyalar ödənilməlidir. Bizim gözləntilərimiz məhz bundan ibarətdir".Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31