Milli Məclisin deputatı Litvaya səfər edəcək

Milli Məclisin deputatı Cavanşir Feyziyev fevralın 26-da Litva Respublikasının Vilnüs şəhərinə səfər edəcək. 
Deputat orada Azərbaycan və Türkiyə Respublikalarının Litva Respublikasındakı səfirliklərinin birgə təşəbbüsü ilə keçiriləcək "Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi - türk dövlətləri və Baltikyanı region arasında daha yaxın əlaqələr üçün imkanlar" mövzusuna həsr olunmuş tədbirdə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31