İran Azərbaycanla dəhlizlər çərçivəsində yükdaşımaları artırmaq niyyətindədir - Pezeşkian
18:31 Siyasətİran Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistanla dəhlizlər çərçivəsində dəmiryol və avtomobil yolu ilə yükdaşımaları artırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün ölkənin şimalında yerləşən Mazandaran vilayətində iş adamları və investorlarla görüşdə deyib.
Onun sözlərinə görə, dəhlizlərin gücləndirilməsi ilə xərcləri azaltmaq və iqtisadi fəaliyyətləri gücləndirmək daha da asanlaşacaq.
Pezeşkian bildirib ki, bu istiqamətdə qanunvericilik baxımından İran parlamentinin dəstəyi ilə işlər həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31