Şəxsin vətəndaşlığa mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasında dəyişiklik edildi - QƏRAR

"Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qüvvədə olan qanunvericiliyə görə, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir.

Yeni qərara əsasən, bu halda şəxsin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd də sorğuya əlavə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31