Anar Kərimova daha bir vəzifə verildi
12:22 SiyasətNazirlər Kabineti "Aqrarkredit" QSC-nin "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə 4 avqust 2023-cü il tarixli qərarında dəyişiklik edib.Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Komissiyaya sədrlik edən maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin birinci müavini Anar Kərimovla əvəz olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31