Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri görüşdü
17:20 SiyasətAzərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.
Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31