Qaranlıqdan işıqlığa - Xocalı
14:19 SiyasətTarixə qələbə qazanan xalq kimi düşməyimizlə yanaşı tariximizin qanlı səhifələrini heç zaman unutmuruq. Müxtəlif illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən faciələrlə bağlı artıq beynəlxalq ictimayyətdə də kifayyət qədər məlumat var. Aparılan davamlı və sistemli işlər nəticəsində bu faciələr beynəlxalq ictimayyət tərəfindən tanındı.
Baş varən faciələrin fonunda Xocalı soyqırımı dövrün insanlığıa qarşı edilmiş ən dəhşətli soyqırımıdır ki, bunun ağrı-acısını hələ də yaşayırıq. Soyqırım zamanı Xocalıda olan dinc sakinlərin qətlə yetirilməsi, soyuq qış ayında onlara qarşı edilən amansızlıqlar barəsində kifayət qədər məlumatlar paylaşılıb. Valideynlərini itirmiş Xocalı sakinləri bu gün də o hadisənin təəssuratlarını özlərində yaşayırlar.
Xocalı soyqırımın xronologiyasına nəzər salanda aydın olur ki, bu siyasətin arxasında qətliyyam, ərazi iddiaları və böyük siyasətin kiçik komponenti olan prosesdən qaynaqlanır. Böyük ermənistan xülyası ilə yaşayan düşmən Xocalını əsas hədəf seçmişdi. Xocalının yerləşdiyi cografi mövqe, burada rus qoşunlarının olması Xocalının işğalını asanlaşdıran faktorlardan idi. Onlar bu faciə ilə həm də göz dağı vermək niyyəti güdürdülər. İnsnalarda qorxu yaratmaqla öz siyasətlərini yeritmək, istəklərinə vaqif olmağa çalışırdılar.
1992-ci ilin Oktyabrından blokadada olan Xocalı faciəsinə ciddi hazırlıq fevralda faciənin baş verməsi, Xocalının işğalı ilə nəticələndi. Avtomobil əlaqəsi, elektrik enerjisi verilməyən Xocalı ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunurdu.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanıldı. Üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Xocalı artıq düməndən azad olunub və bir müddət Xocalı həsrətimiz indi Xocalının inkişafı, infrastrukturun qurulması və fevralın soyuq günlərində, gecə yarısı öz isti evlərini tərk edən vətəndaşlarımızın doğma yurdlarına qayıdışını gözləyir. Bu gün Xocalının Ballıca qəsəbəsində övladlarımız məktəbə gedir, təhsil alır. Dövlət bu istiqamətdə davamlı işlər həyata keçirir və Xocalı yenidən qurulur. Qısa zamanda Xocalıda bayram tonqalları qalanacaq, evlərdən yeni doğulan uşaq səsləri gələcək.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı