İran səfiri: "Ermənistan-İran münasibətlərində yeni nailiyyətlərin şahidi olacağıq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami fevralın 24-də jurnalistlərə verdiyi açıqlamada Ermənistan ilə əlaqələrin perspektivlərini yüksək qiymətləndirib.

Səfir qeyd edib ki, yaxın gələcəkdə Ermənistan və İran arasındakı münasibətlərdə yeni və mühüm nailiyyətlər qazanılacaq. Şirqolaminin sözlərinə görə, hazırda tərəflər arasında əlaqələr düzgün istiqamətdə inkişaf edir və gündən-günə dərinləşir.

Səfir vurğulayıb ki, münasibətlər qarşılıqlı etimad əsasında qurulub. Əlaqələr siyasi, iqtisadi və mədəni daxil olmaqla bütün sahələri əhatə edir. Şirqolami tanınmış erməni ekspert Vardan Voskanyana həsr olunmuş tədbirdə iştirakının rəmzi məna daşıdığını və bu səviyyədəki görüşlərin münasibətlərin yüksək göstəricisi olduğunu bildirib.

"Bizim burada olmağımız və bu görüşün erməni ekspert Vardan Voskanyana həsr edilməsi faktı çox şeydən xəbər verir," - deyə diplomat əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31