Deputatın təklifinə spikerdən reaksiya
24 Fevral 12:38 Siyasət"İşçi qruplarının hökumətlərarası komissiyaların sədrləri və ya üzvləri ilə ildə heç olmasa bir dəfə görüşlərinin keçirilməsi məqsədəuyğun olardı"."Olaylar" xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü plenar iclasına deputatı Qüdrət Həsənquliyev çıxış edib.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, dövlətlərarası komissiyaların üzvləri olmasalar da, millət vəkillərimiz bir çox ölkələrin bu komissiyalarının iclaslarında, xüsusilə Bakıda keçirilən toplantılarda dəvət olunurlar. Əminliklə deyə bilərəm ki, dostluq qruplarının bütün görüşlərində iqtisadi əməkdaşlıq məsələsi mütləq şəkildə vurğulanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31