Bu halda avtomobil sahibləri şikayət edə biləcək
12:21 SiyasətMühafizə olunan duracaqda nəqliyyat vasitəsinə ziyan vurulsa, avtomobilin sahibi məhkəməyə şikayət edə biləcək. "Olaylar"xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Məsələ "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq.
Nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə biləcək.
Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli Qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilib.
Məsələ üçüncü oxunuşda qəbul edilib.