ABŞ İrana qarşı uzunmüddətli sərt güc tətbiqinə getməyəcək- ÖZƏL

Mərkəzi Kəşfiyyat İdarəsi, Dövlət Departamenti, Müharibə Departamenti (Pentaqon) və Milli Təhlükəsizlik Şurası ABŞ-nin qlobal gücünün formalaşmasında dörd əsas alət kimi çıxış edir. Lakin ABŞ xarici siyasət sahəsində prezidentə qərarların verilməsinə Milli Təhlükəsizlik Şurasının mövqeyi daha çox təsir edir. MTŞ digər qurumların rəy, hesabat və proqnozlarını siyasi, daha dəqiq desək, prezident səviyyəsində koordinasiya edir. 
Məlumatlara əsasən, Ağ Evdə yerləşən bu peşəkar heyət, 200-400 siyasət mütəxəssisindən ibarətdir. Onların əksəriyyəti keçmiş dövlət qulluqçuları və ordunu təmsil edənlərdir. 
ABŞ İranla açıq hərbi qarşıdurmaya meyilli görünsə də, Ağ Ev administrasiyasında bununla bağlı qərar qəbuletmə prosesi peşəkar fikir ayrılıqları ilə müşayiət olunur. Ona görə də, qərar üçün MTŞ-nin rəyi əsas təsir mühərriki kimi çıxış edəcək və ehtimalla, ABŞ İrana qarşı uzunmüddətli sərt güc tətbiqinə getməyəcək. 
Bu, eyni zamanda genişmiqyaslı eskalasiyanın yaranacağı risklər fonunda iqtisadi aktivlərə mənfi təsirlərin hesablanması ilə bağlıdır. Ancaq Prezident Donald bütün vasitələrdən istifadə edərək İrana zəiflətməyə yönəlmiş yanaşmaları qəbul etməkdə çox istəklidir.
ABŞ ilə paralel onun rəqibi İran daha çox suallarla üzləşir. Buna baxmayaraq, İranın cavab reaksiyası, müharibənin Yaxın Şərq üzrə yayılma arealı barədə proqnozlar və buna dair Tehranın həyata keçirdiyi informasiya kampaniyası beynəlxalq rəyə təsirsiz ötüşmür. Başqa tərəfdən, İranın ayda 300 ballistik raket istehsal etmək gücü barədə potensialının olması iddiaları prosesi daha da gərginləşdirir. 
CNN hələ bir müddət əvvəl, anonim İsrail mənbələrinə əsasən, İranın həftələr və ya aylar ərzində 1800 ilə 2000 arasında raketə sahib ola biləcəyini yazmışdı. 
Ancaq indi İran üçün ən vacib alət vaxtdır. Bu vaxtda İran ABŞ-yə "barışdırıcı" təklif təqdim etməyi hədəfləyir. Tehran "orijinal" təklif təqdim edəcəyi təqdirdə, zərbələri təxirə sala biləcəyini hesablaya bilər. İran digər cəbhədə hesablayır ki, ABŞ ilə danışıqların uzadılması Tehrana ballistik raket proqramını bərpa etmək üçün əlavə vaxt verəcək.  
Lakin İranın nüvə proqramı faylında mənalı güzəştə getmək ehtimalı ehtimalı çox azdır. Bu, İranın tarixi və strateji yol ayrıcında olduğunu kənara qoymur. Ona görə də, indi İran doktrinası Qərblə "müharibə və diplomatiyaya hazırlıq" strategiyasını mümkün güzəşt nəticələri birləşdirir. 
 İran İslam Respublikasının ideoloji sistemi müharibə və müqavimət üçün hazırlıqlıdır, onun təhlükəsizlik miqyasını həyata keçirən qurumlar arasındakı koordinasiya isə Ali Milli Təhlükəsizlik Şurasının alt qurumu olan Müdafiə Şurasına aiddir. Ali Rəhbər Seyid Əli Xameneinin İslam Respublikasının təhlükəsizlik-ideoloji sistemini bütövlükdə mümkün təhdid ssenarilərinə hazırlıqlarını əks etdirən göstərişlərini çoxaldıb. Gümanla, Tehran ABŞ-nin əməliyyat elementi kimi müəyyən etmədiyi şəxsləri, başqa sözlə, ABŞ-nin sanksiya siyahısına düşməyən komandan heyətini hərbi-ideoloji oxu qüvvətləndirən faktor kimi önə çəkəcək...
Aqşin Kərimov
Siyasi təhlilçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31