İrakli Kobaxidze: "Sıfırın üstünə sıfır gələndə sıfır edir, müxalifətin birliyi mənasızdır" – ÖZƏL
14:06 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət düşərgəsindəki birləşmə cəhdlərinə kəskin reaksiya verib. Jurnalistlərin suallarını cavablandıran hökumət başçısı müxalif qüvvələrin siyasi çəkisini riyazi formula ilə qiymətləndirib.
Kobaxidzenin sözlərinə görə, müxalifət hansı formada birləşməsindən asılı olmayaraq, ölkənin siyasi mənzərəsini dəyişmək gücündə deyil: "Sıfırın üstünə sıfır gələndə sıfır edir. Bu, sadə riyazi formuladır. Buna əsaslanaraq deyə bilərəm ki, müxalifət necə birləşirsə-birləşsin, yenə də bu gün olduqları yerdə qalacaqlar. Ümumiyyətlə, müxalifət tamamilə diskreditasiya olunub."
Baş nazir müxalifətin hazırkı acınacaqlı vəziyyətə düşməsində özlərini və xarici havadarlarını günahlandırıb.
Baş nazirin fikrincə, sağlam demokratik sistemdə radikal qüvvələrə yer olmamalıdır və müxalifətin reytinqinin sıfıra enməsi ölkə üçün müsbət haldır.