Rus ideoloqlarının Cənubi Qafqazla bağlı təhlükəli tezisləri- ÖZƏL

"Dörd ildir Ukraynada ədalətsiz müharibə aparan, yaşayış yerlərini yer üzündən silən, dinc insanların həyatına  son qoyan Rusiya Cənubi Qafqazı itirməsilə barışmaq istəmir. Siyasi prosesləri izlədikcə, bu qənaətə gəlmək olar ki, bu ölkə yeni geosiyasi müharibə cəbhəsi açır.  Rusiyanın irticaçı beyni sayılan Aleksandr Duqin ərz edir: "Rusiya uzun müddət çox nəzakətlə davranıb, artıq sərt hərəkət etməliyik". Rus ideolqunun belə tezisləri sıradan olan fikir deyil. Bu onu göstərir ki, Moskva dünyanın bir çox regionlarında strateji məğlubiyyəti ilə barışmadığı kimi, öz imperiya təfəkküründən də əl çəkmək istəmir". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Duqin çıxışlarının birində  Mərkəzi Asiya və Cənubi Qafqaz respublikalarının müstəqilliklərini şübhə altına alaraq qeyd edir ki, bu ölkələr Rusiyanın daxil olduğu geosiyasi düşərgənin bir hissəsinə çevrilməlidir.  Əvvəlki  yazılarımda qeyd etmişdim ki, Moskvanın Azərbaycana təzyiq rıcaqları yalnız orada çalışan azərbaycanlı mühacirlər və Rusiyanın maraqlarına xidmət edən 5-ci kolondur. Belə uğursuz vasitələr mütəmadi olaraq işə salınır. 
Hazırda Rusiyanın hədəfində  Cənubi Qafqazın digər respublikası olan Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkisində  revanşistlərin qalib gəlməsidir. Rəsmi Moskva yaxşı anlayır ki, əgər N. Paşinyanın rəhbərlik etdiyi partiya qalib gəlsə, Rusiyanın Cənubi Qafqazda son dayaqları birdəfəlik itəcək.
 Hazırda Ukrayna cəbhəsində başını itirmiş Şimal qonşumuzun Ermənistanda seçki dönəmində geosiyasi müharibəni daha da alovlandıracağı şübhəsizdir. Görünən odur ki, zavallı Paşinyan da öz növbəsində  bu seçkidə qalib gəlməsi və rusiyalı ideoloqların ssenarilərinin qarşısını almaq  üçün bütün addımlarını atır.   
Rus ideoloqlarının Cənubi Qafqazla bağlı təhlükəli tezislərini isə diqqətdən kənarda saxlamaq olmaz. Biz sıravi vətəndaş olaraq düşünürük Azərbaycan bütün ssenarilərə hazır olmalıdır. Bizim üçün müstəqilliyimizə qarşı bütün təhdidlərin aradan qaldırılması hədəfdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31